TP-Link ER706W-4G | AX3000 4G+ Cat6 VPN Router
- AX3000 Wi-Fi 6 dəstəyi ilə yüksək sürətli və stabil kabelsiz bağlantı təmin edir
- 4G+ Cat6 texnologiyası ilə 300 Mbps-ə qədər sürətli mobil internet imkanı yaradır
- Nano SIM slotu vasitəsilə istənilən yerdə simsiz şəbəkə qurmağa şərait yaradır
- 6 ədəd Gigabit portu ilə sürətli və etibarlı kabelli qoşulma dəstəyi təqdim edir
- IPsec, SSL, WireGuard və OpenVPN ilə yüksək səviyyəli təhlükəsiz bağlantı qurur
- 2 ədəd sökülə bilən LTE və 3 ədəd Wi-Fi antenası ilə güclü siqnal qəbulu təmin edir
- Tip 4G/LTE VPN Router
- Wi-Fi AX3000 Dual Band Wi-Fi 6
- Mobil Şəbəkə 4G+ Cat6 (300 Mbps yükləmə)
- Sim Kart Nano SIM Slot
- Portlar 1 x Gigabit WAN, 4 x Gigabit WAN/LAN, 1 x Gigabit LAN
- VPN IPsec, SSL, WireGuard, OpenVPN
- Antena 3 x Wi-Fi, 2 x LTE sökülə bilən
Tez-tez soruşulan suallar
4G/LTE router SIM kart vəya 3G/4G USB Modem (Datakart) vasitəsilə mobil şəbəkədən internet alaraq onu Wi-Fi və ya kabel vasitəsilə digər cihazlara paylayan şəbəkə avadanlığıdır. Bu tip routerlər xüsusilə şəbəkə infrastrukturu qurulmayan, kabelləşmə olmayan məkanlar üçün ideal seçimdir.
Xeyr, bəzi 4G router modellərində SIM kart üçün ayrıca slot olur və mobil internet birbaşa router vasitəsilə istifadə edilir. Bəzi modellər isə USB modem (sadə dildə desək provayderlərin satdığı datakart) vasitəsilə işləyir — bu halda routerə uyğun 3G/4G USB modem qoşularaq mobil internet paylaşılır.
Bəzi portativ 4G router modelləri USB vasitəsilə ötürülən enerji ilə işləyə bilir. Bu halda routeri powerbank, noutbukun USB portu və ya telefon adapteri vasitəsilə qidalandırmaq mümkündür. Bu cəhətdən xüsusilə səfərlər zamanı və mobil istifadə üçün əlverişlidir.
Bu, router modelindən və onun texniki xüsusiyyətlərindən asılıdır. Standart 4G routerlər adətən bir neçə cihazın eyni anda internetə qoşulmasını dəstəkləyir. Daha güclü modellər isə daha çox istifadəçi üçün optimallaşdırılıb.
4G/LTE router məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.