TP-Link
TL-MR3040 Portable Battery 3G/4G Router
Bu məhsul üçün texniki parametrlər əlavə edilməyib.
Tez-tez soruşulan suallar
4G/LTE router SIM kart vəya 3G/4G USB Modem (Datakart) vasitəsilə mobil şəbəkədən internet alaraq onu Wi-Fi və ya kabel vasitəsilə digər cihazlara paylayan şəbəkə avadanlığıdır. Bu tip routerlər xüsusilə şəbəkə infrastrukturu qurulmayan, kabelləşmə olmayan məkanlar üçün ideal seçimdir.
Xeyr, bəzi 4G router modellərində SIM kart üçün ayrıca slot olur və mobil internet birbaşa router vasitəsilə istifadə edilir. Bəzi modellər isə USB modem (sadə dildə desək provayderlərin satdığı datakart) vasitəsilə işləyir — bu halda routerə uyğun 3G/4G USB modem qoşularaq mobil internet paylaşılır.
Bəzi portativ 4G router modelləri USB vasitəsilə ötürülən enerji ilə işləyə bilir. Bu halda routeri powerbank, noutbukun USB portu və ya telefon adapteri vasitəsilə qidalandırmaq mümkündür. Bu cəhətdən xüsusilə səfərlər zamanı və mobil istifadə üçün əlverişlidir.
Bu, router modelindən və onun texniki xüsusiyyətlərindən asılıdır. Standart 4G routerlər adətən bir neçə cihazın eyni anda internetə qoşulmasını dəstəkləyir. Daha güclü modellər isə daha çox istifadəçi üçün optimallaşdırılıb.
4G/LTE router məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.