GoMetal Wooden Kabin 12U
- 12U tutumlu, standart rack avadanlıqları üçün nəzərdə tutulub
- 550x550x640 mm ölçüləri ilə kompakt yerləşdirmə imkanı
- MDF və metal kombinasiyasından hazırlanmış möhkəm gövdə
- Universal 19 düym rack standartını tam dəstəkləyir
- Avadanlıqların mütəşəkkil və səliqəli quraşdırılmasını təmin edir
- Ofis və texniki otaqlar üçün uyğun konstruksiya həlli
- Hündürlük 12U
- Ölçülər 550x550x640 mm
- Material MDF / Metal
- Rack standartı 19″
Tez-tez soruşulan suallar
Indoor rack kabinlər qapalı mühitlərdə istifadə üçün nəzərdə tutulmuş şəbəkə kabinetləridir. Onlar əsasən server otaqları, texniki otaqlar və ofis şəbəkələrində server, switch, patch panel, DVR/NVR və digər şəbəkə avadanlıqlarının səliqəli və təhlükəsiz şəkildə yerləşdirilməsi üçün istifadə olunur.
Indoor rack kabinlər model və ölçüdən asılı olaraq həm divara quraşdırılan (wall mount), həm də döşəmə (standing) tipli olur. Kiçik ölçülü rack kabinetlər adətən divara quraşdırılır, daha böyük server kabinetləri isə yerə qoyularaq istifadə olunur.
Rack ölçüsü yerləşdiriləcək avadanlığın Unit (U) sayına görə seçilir. Stokumuzda 4U-dan 42U-ya qədər müxtəlif ölçülər mövcuddur. Avadanlığınızın ümumi unit sayını hesablayıb ehtiyat üçün ondan bir qədər də böyük ölçüdə rack kabin seçmənizi tövsiyə edirik.
Bəli, server, DVR/NVR və patch panel kimi avadanlıqların dərinliyinə uyğun rack seçilməlidir. Hər məhsulun texniki parametrlərində daxili dərinlik qeyd olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün “Məsləhət al” düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.