Hikvision DS-3E1326P-EI (B) | 24 Port Managed PoE Switch
- 24 PoE portu ilə çoxsaylı cihazı eyni anda şəbəkəyə qoşmaq mümkündür
- 370W ümumi PoE büdcəsi ilə geniş miqyaslı quraşdırmalarda etibarlı güc təmin edir
- 300 metrə qədər PoE ötürmə məsafəsi ilə uzaq nöqtələrə çevik quraşdırma verir
- VLAN, STP/RSTP və link aggregation funksiyaları ilə şəbəkə idarəsi asanlaşır
- HPP dəstəyi ilə uzaqdan idarəetmə və firmware yeniləməsi rahat şəkildə həyata keçirilir
- 14.8 Gbps switching capacity ilə sürətli və stabil məlumat ötürülməsi təmin edir
- Portlar 24 × 10/100 Mbps PoE port, 2 × Gigabit combo port
- Əlavə funksiyalar PoE watchdog, port izolasiya, link aggregation, loop prevention (STP/RSTP), VLAN (802.1Q, 1-4094 ID), HPP ilə uzaqdan idarəetmə və firmware yeniləmə, kabel aşkarlanması
- PoE standartı IEEE 802.3af / IEEE 802.3at
- PoE gücü Maksimum port gücü 30 W
- PoE büdcəsi 370 W
- PoE ötürmə məsafəsi 1–24 portlarda 300 m-ə qədər (kamera və kabel şərtlərindən asılı olaraq)
- Şəbəkə performansı 14.8 Gbps switching capacity, 11.01 Mpps forwarding rate, 16K MAC ünvan cədvəli, 4 Mbits daxili yaddaş
- Enerji təchizatı 100-240 V AC, 50/60 Hz, Maks. 6.3 A
- Enerji sərfiyyatı Maks. 400 W; boş rejimdə 30 W
- Korpus Metal material
- Quraşdırma Rack (montaj qulaqları ilə)
- Qoruma 6 kV ildırım və gərginlikdən müdafiə
- Ölçülər 440.00 × 44.00 × 220.80 mm
Tez-tez soruşulan suallar
Adi switch yalnız məlumat ötürür. PoE switch isə məlumatla yanaşı qoşulu cihazları (kamera, access point, domofon, IP telefon və s.) eyni kabel vasitəsilə həm də qidalandırır. Enerji üçün ayrıca kabel çəkməyə və ya adapter istifadəsinə ehtiyac qalmır.
Fərq hər porta verilən maksimum gücdədir. PoE 15.4W, PoE+ 30W, PoE++ 60W, Hi-PoE isə 90W-a qədər güc təmin edir. Qoşulacaq cihazın tələb etdiyi gücə uyğun switch seçmək vacibdir — məsələn PTZ kameralar və ya 802.3bt cihazlar daha yüksək güc tələb edir.
PoE büdcəsi switch-in bütün portlarına eyni vaxtda verə biləcəyi ümumi güc həcmidir. Məsələn 8 portlu, 120W büdcəli switch-də bütün portlar eyni vaxtda işləsə hər porta orta hesabla 15W düşür. Qoşulacaq cihazların ümumi güc tələbatı switch-in PoE büdcəsindən az olmalıdır.
İdarə olunmayan switch qoş-işlət prinsipi ilə işləyir — konfiqurasiya tələb etmir, sadə şəbəkələr üçün idealdır. İdarə olunan switch isə VLAN, QoS, port izolyasiyası kimi funksiyaları dəstəkləyir — daha böyük və mürəkkəb şəbəkələr üçün tövsiyə olunur.
Qoşulacaq cihazların sayına görə 4 portdan 48 porta qədər variantlarımız mövcuddur. Gələcək genişləməni nəzərə alaraq ehtiyacınızdan bir qədər böyük model seçməyi tövsiyə edirik.
Bəli, port sürəti şəbəkənizin ümumi performansına birbaşa təsir edir. Standart istifadə üçün 10/100Mbps və ya 1Gbps portlar kifayətdir. Yüksək həcmli məlumat ötürülməsi üçün 2.5Gbps və ya 10Gbps uplink portlu modellər tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
PoE switch məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.