
Hikvision
DS-2CE76D0T-EXIMF | 2 MP Kamera
- Texniki məlumat Yüksək keyfiyyətli 2 MP görüntü, 1920 × 1080 (Full HD) çözünürlük.
- Linza Sabit 2.8 mm linza (96.5° üfüqi, 48.9° şaquli, 120.5° diaqonal baxış bucağı). Həmçinin 3.6 mm sabit linza seçimi mövcuddur.
- İşıqlandırma EXIR texnologiyası ilə 20 metrə qədər effektiv Smart IR gecə görüntüsü.
- Video Çıxışı Dörd siqnal növü arasında keçid imkanı (TVI/AHD/CVI/CVBS).
- Geniş Dinamik Aralıq (WDR) Digital WDR (DWDR) funksiyası ilə parlaq və qaranlıq sahələrdə detallı görüntü.
- Səs-küyün Azaldılması 2D DNR (Digital Noise Reduction) texnologiyası ilə təmiz görüntü.
- Qoruma IP67 standartına uyğun toz və suya davamlılıq, açıq mühit üçün ideal.
- Qidalanma DC 12V ± 25% enerji təchizatı, maksimum 3.3 W enerji sərfiyyatı.
- İş Temperaturu -40°C-dən +60°C-ə qədər geniş iş temperaturu aralığı.
- Ölçülər 90 mm × 82.6 mm × 79.372 mm, Çəki: Təxminən 360 qram.
- Əlavə funksiyalar Parlaqlıq, Güzgü effekti, Kəskinlik tənzimləməsi.
Tez-tez soruşulan suallar
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Bu, kameranın və DVR/XVR cihazınızın dəstəklədiyi video ötürmə protokollarının uyğunluğundan asılıdır. Əgər DVR cihazınızın dəstəklədiyi protokol kamera parametrlərində mövcuddursa, kamera sistemə qoşula bilər. Uyğunluq olmadıqda isə işləməyə bilər. Dəqiq uyğunluğu müəyyən etmək üçün bizimlə əlaqə saxlamağınız tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.



