Shturmann 1KVA Online UPS | Winner Pro Plus Rack 1KR

  • Pure sinewave çıxış ilə həssas avadanlıqlar üçün stabil enerji
  • 0 ms keçid vaxtı ilə fasiləsiz enerji təminatı
  • İstəyə bağlı olaraq 12V 7Ah və ya 12V 9Ah batareya yerləşdirmək imkanı
  • Həm rack kabinə montaj edilə bilən, həm də yerə qoyula bilən dizayn.
  • LCD ekran ilə real vaxt monitorinq və status göstəriciləri
  • Yüksək giriş gərginlik aralığı ilə stabil işləmə
  • Server, şəbəkə və ofis avadanlıqları üçün ideal həll
312 
Zəmanət
  • Güc 1000 VA / 900 W
  • Faza Tək Faza (Single Phase)
  • Giriş Gərginliyi 110–240 VAC
  • Giriş Tezliyi 40 Hz – 70 Hz
  • Çıxış Gərginliyi 110–240 VAC
  • Gərginlik Sabitliyi ±1%
  • Tezlik 50/60 Hz ±0.5%
  • Dalğa Forması Pure Sinewave
  • Keçid Vaxtı 0 ms (Battery Mode)
  • Effektivlik 88% (AC Mode)
  • Batareya Tutumu 2 × 12V (7Ah / 9Ah uyğun)

Tez-tez soruşulan suallar

UPS (Fasiləsiz Güc Mənbəyi) elektrik kəsilməsi zamanı qoşulu cihazları batareya gücü ilə işlək vəziyyətdə saxlayır. Videomüşahidə, şəbəkə və server avadanlıqları üçün xüsusilə vacibdir — qəfil gərginlik düşmələrindən və məlumat itkisindən qoruyur.
UPS seçimində qoşulacaq cihazların ümumi gücü əsas götürülür. Ümumi qayda olaraq cihazların toplam gücündən 20-30% artıq gücə malik UPS seçmək tövsiyə olunur. Dəqiq hesablama üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bu UPS-in batareya tutumuna və qoşulu cihazların gücünə görə dəyişir. Hər məhsulun texniki parametrlərində nominal yük altında işləmə müddəti qeyd olunur.
Bəli, UPS cihazlarında istifadə olunan batareyalar müəyyən müddətdən sonra dəyişdirilə bilər. Batareyanın ömrü istifadə intensivliyindən və iş şəraitindən asılı olaraq adətən bir neçə il olur. Batareya zəiflədikdə və ya sıradan çıxdıqda uyğun model ilə dəyişdirilməsi mümkündür. Təhlükəsizlik və UPS-in düzgün işləməsi üçün batareyaların servis mütəxəssisləri tərəfindən dəyişdirilməsi tövsiyə olunur.
Offline UPS yalnız elektrik enerjisi kəsiləndə işə düşür və müəyyən qoruma mexanizmləri mövcuddur — sadə və qiymət baxımından əlverişli seçimdir. Line-interactive UPS gərginlik dalğalanmalarını avtomatik tənzimləyir, elektrik kəsiləndə isə batareyaya keçir. Online UPS isə cihazı həmişə batareya vasitəsilə qidalandırır — gərginlik dalğalanmalarına qarşı tam qoruma təmin edir. Server və həssas avadanlıqlar üçün online UPS tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
UPS məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım