Hikvision DS-2CD1047G2H-LIUF | 4MP ColorVu Səsli IP Kamera
- 4 MP yüksək keyfiyyətli görüntü (2560×1440)
- Smart Hybrid Light: 30 m məsafəyə qədər IR və ağ işıq
- Tam rəngli gecə görüntüsü (ColorVu texnologiyası)
- Daxili mikrofon ilə real vaxtlı audio müşahidə
- İnsan və Nəqliyyat Vasitəsi aşkarlama funksiyası
- H.265+ sıxışdırma texnologiyası ilə səmərəli yaddaş istifadəsi
- 512 GB-a qədər SD kart dəstəyi və IP67 su/toz mühafizəsi
- Sensor 1/3" Progressive Scan CMOS
- Meqapiksel 4 MP (2560×1440)
- Linza 2.8 mm sabit, Üfüqi FOV 115°
- İşıqlandırma növü IR və Ağ İşıq (Smart Hybrid Light)
- IR məsafəsi 30 m
- Audio Daxili mikrofon (Mono)
- Video sıxışdırma H.265+/H.265/H.264+/H.264
- Geniş Dinamik Diapazon 120 dB
- Qidalanma 12 VDC ±25%, maks. 6 W / PoE IEEE 802.3af, maks. 7.5 W
- IP Standartı IP67 (IEC 60529-2013)
- Material Ön örtük metal, gövdə plastik, dayaq plastik
- Ölçülər 69.8 × 67.9 × 172.9 mm
- Çəki Təqribən 550 q
- İşləmə temperaturu -30 °C-dən +60 °C-yə qədər
Tez-tez soruşulan suallar
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Bu, kameranın və NVR cihazınızın uyğunluğundan asılıdır. Əgər NVR cihazınız və ona qoşmaq istədiyiniz kamera ONVIF standartını dəstəkləyirsə, əksər hallarda problemsiz işləyir. Tam uyğunluğu dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlamağınız tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.