Marsriva 1500VA Line Interactive UPS | MR-UF1500
- 1500VA / 900W gücündə Smart Line Interactive UPS sistemi
- AVR texnologiyası ilə gərginlik dəyişmələrinə qarşı stabil qoruma
- Elektrik kəsintilərində etibarlı enerji dəstəyi təmin edən batareya
- Simulated Sine Wave çıxışı ilə ofis və şəbəkə avadanlıqları üçün uyğunluq
- Cold Start funksiyası ilə elektrik olmadan işə salınma imkanı
- Səssiz rejim dəstəyi ilə daha komfortlu və səssiz çalışma
- USB və RJ45 bağlantısı ilə rahat monitorinq və idarəetmə
- Qısaqapanma və aşırı yüklənməyə qarşı inkişaf etmiş qoruma sistemi
- Güc 1500 VA / 900 W
- UPS Texnologiyası Smart Line Interactive
- Çıxış Gərginliyi 220V – 240V
- Çıxış Tezliyi 50Hz / 60Hz
- Çıxış Dalğa Forması Simulated Sine Wave
- Keçid Müddəti 2 – 6 ms (maksimum 10 ms)
- Giriş Gərginliyi 220V – 240V
- Giriş Gərginliyi Diapazonu 145V – 290V
- Batareya Tipi 12V / 9Ah Qurğuşun-Turşulu
- Batareya Sayı 2 Ədəd
- Yenidən Şarj Müddəti 4 – 6 saat
- İdarəetmə Portları USB / RJ45 (Opsional)
- Ölçü və Çəki 345 × 122 × 192 mm / 9 kq
- Səs Səviyyəsi 40dB-dən aşağı
Tez-tez soruşulan suallar
UPS (Fasiləsiz Güc Mənbəyi) elektrik kəsilməsi zamanı qoşulu cihazları batareya gücü ilə işlək vəziyyətdə saxlayır. Videomüşahidə, şəbəkə və server avadanlıqları üçün xüsusilə vacibdir — qəfil gərginlik düşmələrindən və məlumat itkisindən qoruyur.
UPS seçimində qoşulacaq cihazların ümumi gücü əsas götürülür. Ümumi qayda olaraq cihazların toplam gücündən 20-30% artıq gücə malik UPS seçmək tövsiyə olunur. Dəqiq hesablama üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bu UPS-in batareya tutumuna və qoşulu cihazların gücünə görə dəyişir. Hər məhsulun texniki parametrlərində nominal yük altında işləmə müddəti qeyd olunur.
Bəli, UPS cihazlarında istifadə olunan batareyalar müəyyən müddətdən sonra dəyişdirilə bilər. Batareyanın ömrü istifadə intensivliyindən və iş şəraitindən asılı olaraq adətən bir neçə il olur. Batareya zəiflədikdə və ya sıradan çıxdıqda uyğun model ilə dəyişdirilməsi mümkündür. Təhlükəsizlik və UPS-in düzgün işləməsi üçün batareyaların servis mütəxəssisləri tərəfindən dəyişdirilməsi tövsiyə olunur.
Offline UPS yalnız elektrik enerjisi kəsiləndə işə düşür və müəyyən qoruma mexanizmləri mövcuddur — sadə və qiymət baxımından əlverişli seçimdir. Line-interactive UPS gərginlik dalğalanmalarını avtomatik tənzimləyir, elektrik kəsiləndə isə batareyaya keçir. Online UPS isə cihazı həmişə batareya vasitəsilə qidalandırır — gərginlik dalğalanmalarına qarşı tam qoruma təmin edir. Server və həssas avadanlıqlar üçün online UPS tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
UPS məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.