TP-Link LS1016G | 16 Port Gigabit Switch

  • Yüksək sürətli şəbəkə bağlantısı üçün 16 ədəd 10/100/1000 Mbps RJ45 portu mövcuddur.
  • Quraşdırılması olduqca asandır, heç bir konfiqurasiya tələb etməyən qoş və işlət dizayn.
  • Səssiz işləməni təmin edən və toz yığılmasının qarşısını alan fansız soyutma sistemi.
  • Davamlı metal korpus istiliyin effektiv paylanmasını və uzunömürlülüyü təmin edir.
  • Qoşulma rahatlığı üçün həm masaüstü, həm də raka montaj edilə bilən universal dizayn.
  • Gecikmələrə qarşı həssas olan video və səs trafikini optimallaşdıran QoS dəstəyi var.
  • Enerjiyə qənaət edən yaşıl texnologiya sayəsində enerji istehlakını minimuma endirir.
124 130 
Zəmanət
Datasheet yüklə
  • Port sayı 16
  • Port sürəti 1 Gbps
  • Svitch tipi İdarə olunmayan (Unmanaged)
  • Svitch montaj Desktop / Rackmount
  • Ötürmə sürəti 23.8 Mpps
  • Kommutasiya tutumu 32 Gbps
  • MAC ünvan cədvəli 8K
  • Qidalanma AC 100-240V, 50/60Hz
  • Enerji istehlakı 7.2 W
  • Material Metal
  • İşləmə temperaturu 0°C ilə 50°C arası
  • Ölçülər 294 × 140 × 44 mm

Tez-tez soruşulan suallar

Adi switch yalnız məlumat ötürür. PoE switch isə məlumatla yanaşı qoşulu cihazları (kamera, access point, domofon, IP telefon və s.) eyni kabel vasitəsilə həm də qidalandırır. Enerji üçün ayrıca kabel çəkməyə və ya adapter istifadəsinə ehtiyac qalmır.
Fərq hər porta verilən maksimum gücdədir. PoE 15.4W, PoE+ 30W, PoE++ 60W, Hi-PoE isə 90W-a qədər güc təmin edir. Qoşulacaq cihazın tələb etdiyi gücə uyğun switch seçmək vacibdir — məsələn PTZ kameralar və ya 802.3bt cihazlar daha yüksək güc tələb edir.
PoE büdcəsi switch-in bütün portlarına eyni vaxtda verə biləcəyi ümumi güc həcmidir. Məsələn 8 portlu, 120W büdcəli switch-də bütün portlar eyni vaxtda işləsə hər porta orta hesabla 15W düşür. Qoşulacaq cihazların ümumi güc tələbatı switch-in PoE büdcəsindən az olmalıdır.
İdarə olunmayan switch qoş-işlət prinsipi ilə işləyir — konfiqurasiya tələb etmir, sadə şəbəkələr üçün idealdır. İdarə olunan switch isə VLAN, QoS, port izolyasiyası kimi funksiyaları dəstəkləyir — daha böyük və mürəkkəb şəbəkələr üçün tövsiyə olunur.
Qoşulacaq cihazların sayına görə 4 portdan 48 porta qədər variantlarımız mövcuddur. Gələcək genişləməni nəzərə alaraq ehtiyacınızdan bir qədər böyük model seçməyi tövsiyə edirik.
Bəli, port sürəti şəbəkənizin ümumi performansına birbaşa təsir edir. Standart istifadə üçün 10/100Mbps və ya 1Gbps portlar kifayətdir. Yüksək həcmli məlumat ötürülməsi üçün 2.5Gbps və ya 10Gbps uplink portlu modellər tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
PoE switch məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım