Hikvision DS-2CD1T83G2-LIUF | 8MP Hibrid Səsli IP Kamera
- 8 MP (3840 × 2160) yüksək görüntü keyfiyyəti ilə aydın və detallı video izləmə.
- Smart Hybrid Light texnologiyası sayəsində 50 metrə qədər rəngli gecə görüşü.
- İnsan və avtomobil hədəflərini dəqiq aşkarlayan ağıllı hərəkət deteksiyası.
- Daxili mikrofon vasitəsilə real vaxt rejimində səsli və təhlükəsiz video qeyd.
- 512 GB-a qədər yaddaş kartı dəstəyi ilə daxili yaddaşda etibarlı məlumat anbarı.
- H.265+ sıxılma texnologiyası ilə yaddaşa və şəbəkə bant genişliyinə qənaət edir.
- Sensor 1/2.7" Progressive Scan CMOS
- Meqapiksel 8 MP (3840 × 2160)
- Linza 4 mm sabit linza
- Baxış bucağı Üfüqi 90°, şaquli 49°, diaqonal 108°
- İşıqlandırma məsafəsi 50 metrə qədər
- Video sıxılma H.265+/H.265/H.264+/H.264
- Daxili yaddaş 512 GB-a qədər microSD dəstəyi
- Səs dəstəyi Daxili mikrofon (Mono səs)
- Şəbəkə interfeysi 1 RJ45 10 M/100 M Ethernet
- Qidalanma 12 VDC və ya PoE (IEEE 802.3af)
- IP Standartı IP67
- İşləmə temperaturu -30 °C ilə 60 °C arası
- Material Metal və Plastik
- Ölçülər 83.7 × 80.7 × 205.6 mm
Tez-tez soruşulan suallar
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Bu, kameranın və NVR cihazınızın uyğunluğundan asılıdır. Əgər NVR cihazınız və ona qoşmaq istədiyiniz kamera ONVIF standartını dəstəkləyirsə, əksər hallarda problemsiz işləyir. Tam uyğunluğu dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlamağınız tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.