Imou Ranger 2 5MP | Səsli PT Kamera

  • 5 meqapiksel yüksək görüntü keyfiyyəti və H.265 sıxılma texnologiyası dəstəyi.
  • 355 dərəcə dönmə və 80 dərəcə əyilmə ilə hər küncü tam əhatə edən PT nəzarəti.
  • İnsan və ev heyvanlarını avtomatik aşkarlayaraq smartfona anında bildiriş.
  • Daxili mikrofon və dinamik vasitəsilə ikitərəfli səsli əlaqə imkanı mövcuddur.
  • Qaranlıq mühitlərdə aydın görüntü üçün 10 metrə qədər infraqırmızı gecə görmə.
  • Məxfilik rejimi ilə linzanı gizlətmək və 512 GB-a qədər Micro SD kart dəstəyi.
92 
Zəmanət
Datasheet yüklə
  • Sensor 1/3" Progressive Scan CMOS
  • Meqapiksel 5 MP (2880 × 1620)
  • Linza 3.6 mm
  • Gecə görmə məsafəsi 10 metr
  • Pan və Tilt 355° Pan, -5°~80° Tilt
  • Səs dəstəyi İkitərəfli səs
  • Şəbəkə Wi-Fi 6, IEEE802.11b/g/n/ax
  • Yaddaş Micro SD kart (512 GB-a qədər)
  • Ağıllı funksiyalar İnsan və heyvan aşkarlama
  • Qidalanma DC 5V 1A
  • Güc sərfiyyatı < 5W
  • İşləmə temperaturu -10°C ~ +45°C
  • Ölçülər 77.4 × 77.4 × 106.1 mm
  • Çəki 0.18 kq

Tez-tez soruşulan suallar

Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Wi-Fi kameralar routerə simsiz qoşularaq işləyir və görüntünü mobil tətbiq vasitəsilə telefon və ya planşetdən izləməyə imkan verir. Beləliklə, harada olmağınızdan asılı olmayaraq, kamera internetə qoşulu olduqda canlı görüntünü uzaqdan izləmək və bildirişlər almaq mümkündür.
Bəli, Wi-Fi kamera internet olmadan da işləyə bilər. Kamera görüntüləri yaddaş kartına qeyd edir. Lakin internet bağlantısı olmadıqda kameraya telefondan qoşulmaq və canlı görüntünü uzaqdan izləmək mümkün olmur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım