Imou Cruiser Triple 11MP | 3 Linzalı Wi-Fi PT Kamera
- Üç linzalı dizaynla cəmi 11 meqapiksel yüksək görüntü keyfiyyəti təqdim edir.
- 30 metrə qədər rəngli gecə görüşü ilə qaranlıqda belə çox aydın təsvir yaradır.
- Daxili mikrofon və dinamik vasitəsilə real vaxtda ikitərəfli səs dəstəkləyir.
- İnsan və avtomobil aşkarlama funksiyası ilə yalançı həyəcanları minimuma endirir.
- Qırmızı və mavi xəbərdarlıq işıqları ilə arzuolunmaz şəxsləri dərhal uzaqlaşdırır.
- İki ədəd Micro SD kart yuvası ilə 1024 GB-a qədər böyük həcmli yaddaş imkanı verir.
- Wi-Fi 6 texnologiyası sayəsində daha sürətli və kəsintisiz simsiz bağlantı yaradır.
- Sensor 1/2.8" və 1/3.06" Progressive CMOS
- Meqapiksel 11 MP (3MP+3MP+5MP)
- Linza 3.6 mm (Sabit) və 6 mm (PT)
- Gecə görüşü 30 metr
- Baxış bucağı 87° (Sabit), 51° (PT)
- Pan/Tilt diapazonu Pan: 0°~355°, Tilt: 0°~90°
- Video sıxılma H.265 / H.264
- Şəbəkə Wi-Fi 6 (IEEE802.11 b/g/n/ax)
- Yaddaş 2 x Micro SD (1024 GB-a qədər)
- Qidalanma DC 12V 1.5A
- İşləmə temperaturu -30°C ~ +50°C
- Ölçülər 161.19 × 126.18 × 202.2 mm
- Çəki 650.4 q
- Material Plastik
Tez-tez soruşulan suallar
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Wi-Fi kameralar routerə simsiz qoşularaq işləyir və görüntünü mobil tətbiq vasitəsilə telefon və ya planşetdən izləməyə imkan verir. Beləliklə, harada olmağınızdan asılı olmayaraq, kamera internetə qoşulu olduqda canlı görüntünü uzaqdan izləmək və bildirişlər almaq mümkündür.
Bəli, Wi-Fi kamera internet olmadan da işləyə bilər. Kamera görüntüləri yaddaş kartına qeyd edir. Lakin internet bağlantısı olmadıqda kameraya telefondan qoşulmaq və canlı görüntünü uzaqdan izləmək mümkün olmur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.