UNV NVR302‑16E2‑IQ | 16 Kanal NVR
- 16 kanal dəstəyi ilə çoxsaylı kameranı eyni anda izləmək mümkündür
- 12 MP-ə qədər yüksək çözünürlüklü görüntüləri daha detallı şəkildə görmək olar
- 2 SATA yuvası (hər biri 8TB) ilə çəkilişləri uzun müddət yaddaşda saxlamaq olur
- Ultra 265 sıxılma texnologiyası disk yaddaşına qənaət etməyə imkan yaradır
- 4K keyfiyyətində dekodinq imkanı ilə videoları kəsintisiz və axıcı izləyə bilərsiniz
- 8 alarm girişi və 2 çıxışı ilə təhlükəsizlik sistemini kənardan idarə etmək olur
- Meqapiksel maksimum 12MP-ə qədər
- SATA interfeysi 2 SATA, hər biri 8TB-a qədər
- Video sıxma texnologiyası Ultra 265/H.265/H.264
- Decoding qabiliyyəti (Smart Off) 1 x 12MP@30, 2 x 4K@30, 5 x 4MP@30, 10 x 1080P@30, 16 x 720P@30
- Decoding qabiliyyəti (Smart On) 1 x 12MP@30, 2 x 4K@30, 4 x 4MP@30, 8 x 1080P@30, 18 x 720P@30
- IP video giriş 16 kanal
- Audio giriş 1 kanal, RCA (iki tərəfli)
- Audio çıxışı 1 kanal, RCA
- Audio sıxılma G.711A, G.711U
- Canlı görüntü 1/4/6/8/9/16
- Snapshot 16 kanal, maksimum 1080P çözünürlük
- Şəbəkə TCP/IP, P2P, UPnP, NTP, DHCP, PPPoE, HTTP, HTTPS, DNS, DDNS, SNMP, SMTP, NFS
- USB 3 × USB (ön panel 1 × USB2.0, arxa panel 1 × USB2.0, 1 × USB3.0)
- RS485 1 kanal
- Alarm giriş 8 kanal
- Alarm çıxış 2 kanal
- Enerji təchizatı DC 12V/3.3A, ≤12W (HDD olmadan)
- İş temperaturu -10°C ~ +55°C
- Rütubət ≤90% RH (yoğunlaşma yoxdur)
- Ölçülər 380mm × 321mm × 53mm
- Çəki ≤1.8Kg
Tez-tez soruşulan suallar
NVR (Network Video Recorder) IP kameralarla işləyir və görüntüləri şəbəkə kabeli üzərindən alır. DVR isə analoq kameralarla birbaşa CCTV kabel vasitəsilə işləyir. IP kamera sistemi qurmaq istəyirsinizsə NVR düzgün seçimdir.
Parametrlərinə görə 4, 8, 16, 32 və ya 64 kanal dəstəkli NVR-lar mövcuddur. Kamera sayınıza uyğun modeli məhsulun texniki parametrlərindən yoxlaya bilərsiniz.
Bəli, bütün NVR modellərimiz uzaqdan izləməni dəstəkləyir. Bunun üçün cihazın internetə qoşulması kifayətdir.
PoE dəstəkli NVR modelləri kameraları birbaşa qidalandıra bilir — ayrıca PoE switch lazım olmur. PoE port sayı məhsulun texniki parametrlərində qeyd olunur.
Bu kamera sayından, görüntü keyfiyyətindən və tələb etdiyiniz saxlama müddətindən asılıdır. Dəqiq hesablama üçün saytımızdakı HDD Hesablama modulunu istifadə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
NVR məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.