GoMetal 2-li Fan Bloku
- 19 düymlük rack kabinet standartına tam uyğun dizayn
- 1U hündürlük formatı ilə minimal yer tutur
- İki ədəd fan ilə effektiv hava dövranı təmin edilir
- Fiziki düymə vasitəsilə asanlıqla idarə olunur
- LED indikatoru cihazın iş vəziyyətini göstərir
- Rack kabinet avadanlıqlarının soyudulması üçün nəzərdə tutulub
- Ölçü 19" standartına uyğun
- Hündürlük 1U
- Fan Sayı 2 ədəd
- İdarəetmə LED indikatoru ilə fiziki açma/qapama düyməsi
Tez-tez soruşulan suallar
PDU (Power Distribution Unit) rack daxilindəki avadanlıqları qidalandırmaq üçün xüsusi hazırlanmış güc paylayıcısıdır. Adi uzadıcıdan fərqli olaraq rack kabinə montaj olunur, daha yüksək gərginlik daşıyır və bəzi modellərdə circuit breaker — avtomat mövcuddur. Circuit breaker isə yük həddindən artıq olduqda avtomatik açılır, onu əl ilə yenidən bağlamaq mümkündür.
Rack kabin daxilindəki avadanlıqlar iş zamanı istilik hasil edir. Fan bu istiliyi xaricə çıxararaq avadanlıqların optimal temperaturda işləməsini təmin edir. Fan olmazsa havalandırmasız şəraitdə cihazlar zərər görə bilər.
Adi fan daim işləyir. Termostat dəstəkli fan isə rack daxilinin temperaturu müəyyən həddə çatdıqda avtomatik işə düşür, temperatur normaya düşəndə dayanır. 2 və 4-lü termostatlı fan modellərimiz mövcuddur.
Boş panel (blank panel) rack-də istifadə olunmayan boş unitləri örtür. Bu, rack daxilindəki hava axınını tənzimləyir və avadanlıqların daha səmərəli soyudulmasını təmin edir.
Rack rəfləri standart rack montajı olmayan avadanlıqları — modem, konverter, kiçik cihazlar kimi — rack daxilində yerləşdirmək üçün istifadə olunur.