Dahua 4MP ANPR Kamera | DHI-ITC436-PW9H-IZP
- 4MP görüntü keyfiyyəti ilə peşəkar ANPR nəqliyyat nəzarəti
- Deep learning texnologiyası ilə yüksək dəqiqlikli nömrə tanıma
- 2.7–12 mm motorized varifokal linza ilə rahat fokus tənzimlənməsi
- 140dB WDR texnologiyası ilə balanslı və aydın görüntü
- Warm LED və IR işıqlandırma ilə gecə-gündüz effektiv izləmə
- 147 avtomobil markası və müxtəlif nəqliyyat növlərinin tanınması
- IP66 qoruma standartı ilə açıq hava şəraitinə uyğun dizayn
- RS-485 və alarm portları ilə baryer və radar inteqrasiyası
- Sensor 1/1.8" CMOS
- Maksimum Çözünürlük 2688 × 1520 (4MP)
- Lens 2.7 – 12 mm Motorized Vari-Focal
- Görüş Bucağı H: 98.1° – 46.1°
- WDR 140 dB
- Minimum İşıqlanma 0.001 Lux (Color)
- Maksimum Sürət Dəstəyi 60 km/saat
- Video Sıxışdırma H.265 / H.264 / MJPEG
- ANPR Dəstəyi 87+ ölkə və region
- Avtomobil Marka Tanıma 147 marka
- Şəbəkə Portu RJ-45 10/100/1000 Mbps
- Qoruma Səviyyəsi IP66
- Enerji Təchizatı 12V DC / PoE 802.3at
- Ölçü və Çəki 380.9 × 154.1 × 1423.6 mm / 7.25 kq
Tez-tez soruşulan suallar
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Bu, kameranın və NVR cihazınızın uyğunluğundan asılıdır. Əgər NVR cihazınız və ona qoşmaq istədiyiniz kamera ONVIF standartını dəstəkləyirsə, əksər hallarda problemsiz işləyir. Tam uyğunluğu dəqiqləşdirmək üçün bizimlə əlaqə saxlamağınız tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.