SKE 600VA Line-Interactive UPS | GP600

  • 600VA / 360W güc – ev və ofis cihazları üçün etibarlı enerji qoruması
  • AVR texnologiyalı line-interactive UPS – stabil və təhlükəsiz gərginlik
  • 140–290VAC giriş diapazonu – elektrik dalğalanmalarına qarşı qoruma
  • 12V 7Ah daxili batareya – kəsinti zamanı fasiləsiz işləmə imkanı
  • Surge protection funksiyası ilə gərginlik sıçrayışından qoruyur
  • 2 ədəd çıxış və qoşulma kabeli – rahat istifadə imkanı
  • Kompakt dizayn və LED indikatorlar – rahat və praktik istifadə
59 65 
Zəmanət
  • UPS növü Line-interactive UPS
  • Güc 600VA / 360W
  • Giriş gərginliyi 140–290VAC
  • Çıxış gərginliyi 230VAC
  • Tezlik 50/60Hz
  • Batareya 12V 7Ah × 1
  • Çıxış sayı 2 ədəd
  • İndikator LED göstəricilər
  • Qoruma AVR funksiyası və gərginlik sıçrayışına qarşı qoruma
  • Dalğa forması Simulated sine wave

Tez-tez soruşulan suallar

UPS (Fasiləsiz Güc Mənbəyi) elektrik kəsilməsi zamanı qoşulu cihazları batareya gücü ilə işlək vəziyyətdə saxlayır. Videomüşahidə, şəbəkə və server avadanlıqları üçün xüsusilə vacibdir — qəfil gərginlik düşmələrindən və məlumat itkisindən qoruyur.
UPS seçimində qoşulacaq cihazların ümumi gücü əsas götürülür. Ümumi qayda olaraq cihazların toplam gücündən 20-30% artıq gücə malik UPS seçmək tövsiyə olunur. Dəqiq hesablama üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bu UPS-in batareya tutumuna və qoşulu cihazların gücünə görə dəyişir. Hər məhsulun texniki parametrlərində nominal yük altında işləmə müddəti qeyd olunur.
Bəli, UPS cihazlarında istifadə olunan batareyalar müəyyən müddətdən sonra dəyişdirilə bilər. Batareyanın ömrü istifadə intensivliyindən və iş şəraitindən asılı olaraq adətən bir neçə il olur. Batareya zəiflədikdə və ya sıradan çıxdıqda uyğun model ilə dəyişdirilməsi mümkündür. Təhlükəsizlik və UPS-in düzgün işləməsi üçün batareyaların servis mütəxəssisləri tərəfindən dəyişdirilməsi tövsiyə olunur.
Offline UPS yalnız elektrik enerjisi kəsiləndə işə düşür və müəyyən qoruma mexanizmləri mövcuddur — sadə və qiymət baxımından əlverişli seçimdir. Line-interactive UPS gərginlik dalğalanmalarını avtomatik tənzimləyir, elektrik kəsiləndə isə batareyaya keçir. Online UPS isə cihazı həmişə batareya vasitəsilə qidalandırır — gərginlik dalğalanmalarına qarşı tam qoruma təmin edir. Server və həssas avadanlıqlar üçün online UPS tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
UPS məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım