CMX
DI-97350 | IP Network Amplifier
- Çıxış gücü: 350W
- LAN şəbəkəsi üzərindən audio siqnalların ötürülməsi üçün nəzərdə tutulmuş IP gücləndirici.
- Mərkəzi server və IP paging mikrofonları ilə birlikdə işləyə bilir.
- Uzaqdan idarə olunan çoxzonlu səs yayım sistemlərinin qurulması üçün uyğun həll.
- Rəqəmsal audio yayımı üçün TCP/IP əsaslı şəbəkə infrastrukturu ilə uyğun işləyir.
- Uzun məsafələr üzrə stabil və gecikməsiz səs ötürülməsini təmin edir.
- Nominal çıxış gücü 350W
- Texniki məlumat IP əsaslı rəqəmsal ictimai xəbərdarlıq sistemi gücləndiricisi
- Texniki məlumat Şəbəkə üzərindən fon musiqisi və elanların yayımı
- Texniki məlumat Daxili dekoder və gücləndirici modulu
- Texniki məlumat 100V dinamik xətti üçün birbaşa çıxış
- Texniki məlumat Kompakt 1U rack montaj dizaynı
- Texniki məlumat Qısaqapanma, həddindən artıq istilik və yüklənmə qoruması
- Texniki məlumat Geniş miqyaslı IP səs layihələri üçün uyğundur
Tez-tez soruşulan suallar
Amplifier (gücləndirici) səs siqnalını gücləndirərək dinamiklərə ötürən audio avadanlıqdır. Mağaza, restoran, ofis, məktəb və digər məkanlarda səs sistemlərinin qurulması üçün istifadə olunur.
Amplifier yalnız səs siqnalını gücləndirir və xarici mənbədən (mikrofon, mixer, telefon və s.) gələn səsi dinamiklərə ötürür. Player funksiyası olan modellərdə isə USB, SD kart, Bluetooth və ya radio vasitəsilə musiqini birbaşa cihaz üzərindən səsləndirmək mümkündür.
Amplifier seçərkən qoşulacaq dinamiklərin sayı və gücü nəzərə alınmalıdır. Kiçik məkanlar üçün daha aşağı watt gücündə modellər kifayət edir, böyük sahələr və çox sayda dinamik üçün isə daha yüksək güclü amplifier seçilməsi tövsiyə olunur.
Bəzi amplifier modelləri bir neçə zona dəstəkləyir (məsələn 4 və ya 6 zona). Bu, fərqli məkanlarda yerləşən hoparlörləri ayrı-ayrılıqda idarə etməyə imkan verir. Məsələn mağaza, ofis və ya restoran kimi yerlərdə müxtəlif otaqlarda səsi ayrıca açıb-bağlamaq və ya fərqli səviyyədə tənzimləmək mümkündür.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
Amplifier və player tipli məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.