Hikvision DS-3T2510P | 8 Port Gigabit Full Managed Industrial PoE+ Switch

  • Sənaye tipli, tam idarə olunan (Managed) kommutator
  • 8 × 1 Gbps PoE+ portu və 2 × 1 Gbps SFP optik port
  • 20 Gbps kommutasiya gücü və 14.88 Mpps paket ötürmə sürəti
  • Ağır sənaye şərtləri üçün -40°C ilə 75°C arası işləmə temperaturu
  • PoE cihazlarını aşkarlama və ağıllı seqmentasiya nəzarəti
  • VLAN, QoS, IGMP snooping və SNMP idarəetmə funksiyaları
  • IP40 reytinqli dayanıqlı metal korpus və fansız dizayn
779 794,47 
Zəmanət
Datasheet yüklə
  • Standart IEEE 802.3af/at
  • Portların sayı 8 × Gigabit PoE, 2 × SFP
  • PoE Standartı PoE+
  • İdarəetmə Tam İdarə olunan (Managed)
  • Kommutasiya gücü 20 Gbps
  • Paketlərin ötürmə sürəti 14.88 Mpps
  • MAC ünvan cədvəli 8 K
  • Şəbəkə protokolları VLAN, QoS, STP/RSTP, SNMP, IGMP
  • Qidalanma 48-54V DC (Maksimum 240 W)
  • Material Metal
  • İşləmə temperaturu -40°C ~ +75°C
  • IP Standartı IP40
  • Ölçülər 140 mm × 42 mm × 110 mm
  • Çəki 0.47 kq

Tez-tez soruşulan suallar

Adi switch yalnız məlumat ötürür. PoE switch isə məlumatla yanaşı qoşulu cihazları (kamera, access point, domofon, IP telefon və s.) eyni kabel vasitəsilə həm də qidalandırır. Enerji üçün ayrıca kabel çəkməyə və ya adapter istifadəsinə ehtiyac qalmır.
Fərq hər porta verilən maksimum gücdədir. PoE 15.4W, PoE+ 30W, PoE++ 60W, Hi-PoE isə 90W-a qədər güc təmin edir. Qoşulacaq cihazın tələb etdiyi gücə uyğun switch seçmək vacibdir — məsələn PTZ kameralar və ya 802.3bt cihazlar daha yüksək güc tələb edir.
PoE büdcəsi switch-in bütün portlarına eyni vaxtda verə biləcəyi ümumi güc həcmidir. Məsələn 8 portlu, 120W büdcəli switch-də bütün portlar eyni vaxtda işləsə hər porta orta hesabla 15W düşür. Qoşulacaq cihazların ümumi güc tələbatı switch-in PoE büdcəsindən az olmalıdır.
İdarə olunmayan switch qoş-işlət prinsipi ilə işləyir — konfiqurasiya tələb etmir, sadə şəbəkələr üçün idealdır. İdarə olunan switch isə VLAN, QoS, port izolyasiyası kimi funksiyaları dəstəkləyir — daha böyük və mürəkkəb şəbəkələr üçün tövsiyə olunur.
Qoşulacaq cihazların sayına görə 4 portdan 48 porta qədər variantlarımız mövcuddur. Gələcək genişləməni nəzərə alaraq ehtiyacınızdan bir qədər böyük model seçməyi tövsiyə edirik.
Bəli, port sürəti şəbəkənizin ümumi performansına birbaşa təsir edir. Standart istifadə üçün 10/100Mbps və ya 1Gbps portlar kifayətdir. Yüksək həcmli məlumat ötürülməsi üçün 2.5Gbps və ya 10Gbps uplink portlu modellər tövsiyə olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
PoE switch məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım