Copperled HPP-91201FC-C6 | CAT6 FTP 12 Port Patch Panel

  • CAT6 standartına uyğun yüksək sürətli şəbəkə dəstəyi
  • FTP (shielded) kabel tipi – elektromaqnit müdaxilələrə qarşı qoruma
  • 12 portlu patch panel – kiçik və orta şəbəkələr üçün uyğun
  • 19" rack kabinetlərə uyğun ölçü
  • 1U hündürlük – kompakt və rahat montaj
  • Sadə patch panel quruluşu – kabel bağlantılarının səliqəli idarəsi
48 
Zəmanət
  • Kateqoriya CAT6
  • Kabel Tipi FTP (Shielded)
  • Port sayı 12 Port
  • Hündürlük 1U
  • En 19"
  • Tip Sadə Patch Panel

Tez-tez soruşulan suallar

Patch panel şəbəkə kabellərini səliqəli şəkildə toplamaq və idarə etmək üçün istifadə olunan passiv şəbəkə avadanlığıdır. O, server otaqlarında və rack kabinetlərdə kabel infrastrukturunu daha nizamlı və rahat idarə etməyə imkan verir.
Adi ofis və ya ev şəbəkəsi üçün UTP patch panel kifayətdir. Zavod, texniki otaq və ya güclü elektrik xətlərinin yaxınlığında elektromaqnit müdaxiləsi çox olduğundan FTP patch panel tövsiyə olunur — daxili ekranı siqnalı bu müdaxilələrdən qoruyur.
Sadə patch paneldə portlar fabrikdə quraşdırılıb — dəyişdirilmir, qiyməti daha əlverişlidir. Modul tipli patch paneldə isə hər port ayrıca keystone jack moduludur — xarab olan yalnız həmin modul dəyişdirilir, bütün paneli dəyişmək lazım gəlmir. Əlavə olaraq UTP və FTP modulları qarışıq istifadə etmək mümkündür.
Bu şəbəkə nöqtələrinin sayından asılıdır. Çeşidmizdə 8, 12, 24 və 48 portlu variantlar mövcuddur. Gələcək genişləməni nəzərə alaraq ehtiyac duyduğunuzdan bir qədər böyük model seçməyi tövsiyə edirik.
Cat5e 1 Gbps sürətə qədər dəstəkləyir və əksər şəbəkələr üçün kifayətdir. Cat6 isə 10 Gbps sürəti dəstəkləyir və daha yüksək performans tələb olunan şəbəkələr üçün tövsiyə olunur. Patch panelin kateqoriyası istifadə olunan kabel və avadanlıqla uyğun olmalıdır.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım