
Reyee
RG-EW7200BE PRO | BE7200 Wi-Fi 7 Gaming Router
- Wi-Fi 7 texnologiyası BE7200 standartı ilə 7200 Mbps-ə qədər sürət
- İnterfeys 1x 2.5 Gbps WAN/LAN və 4x Gigabit LAN portları
- Anten quruluşu 9 ədəd yüksək performanslı hər tərəfli xarici anten
- Gaming özəlliyi Oyun trafikinin prioritetləşdirilməsi və minimal ping
- MLO dəstəyi Multi-Link Operation ilə kəsintisiz ultra-sürətli bağlantı
- Performans 4K/8K stream və peşəkar e-idman oyunları üçün
- Mühafizə WPA3 şifrələmə və ən son təhlükəsizlik rejimləri
- Genişlənmə Reyee Mesh ilə bütün evdə ultra-sürətli Wi-Fi zona
Tez-tez soruşulan suallar
Wi-Fi router internet bağlantısını simsiz şəbəkə vasitəsilə yayaraq bir neçə cihazın eyni anda internetə qoşulmasına imkan verir. Ev və kiçik ofis şəbəkələrində ən çox istifadə olunan şəbəkə avadanlıqlarından biridir.
Router seçərkən Wi-Fi standartı (Wi-Fi 5, Wi-Fi 6 və s.), port sürəti, istifadəçi sayı və əhatə sahəsi kimi faktorları nəzərə almaq vacibdir. Daha çox cihaz qoşulan və geniş sahələr üçün daha güclü və müasir Wi-Fi standartını dəstəkləyən modellər tövsiyə olunur.
Bu, router modelindən və onun texniki xüsusiyyətlərindən asılıdır. Ev istifadəçiləri üçün nəzərdə tutulan standart Wi-Fi routerlər adətən onlarla cihazın qoşulmasını dəstəkləyə bilir. Lakin real performans qoşulu cihazların sayı, istifadə olunan internet trafiki və routerin gücündən (texniki xüsusiyyətlərindən) asılı olaraq dəyişə bilər.
Xeyr, internet performansının zəif olması hər zaman provayderlə bağlı olmur. Bəzi hallarda problem routerin öz hardware imkanları ilə əlaqəli olur. Routerin prosessoru (CPU), RAM, Wi-Fi standartı və port sürətləri şəbəkənin ümumi performansına təsir edir. Xüsusilə çox cihaz qoşulduqda və ya yüksək sürətli internet istifadə edildikdə zəif routerlər performans itkisinə səbəb ola bilər. Bu halda daha güclü router modeli seçmək tövsiyə olunur.
Router məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.



