Ruijie Networks RG-NBS3200-24GT4XS | 24 Port L2 Managed 10G Switch
- 24 Gigabit port ilə geniş şəbəkə infrastrukturunuzu asanlıqla qurur
- 128 Gbps yüksək keçid gücü ilə böyük həcmli məlumat axını problemsiz ötürülür
- Bulud idarəetməsi sayəsində şəbəkəni istənilən yerdən uzaqdan idarə etmə
- VLAN dəstəyi ilə şəbəkəni seqmentlərə bölmə imkanı
- 4 ədəd 10G SFP+ port ilə yüksək sürətli magistral bağlantılar qurmaq mümkündür
- 4 kV ildırım və gərginlik qoruması avadanlığınızı xarici təhlükələrdən etibarlı şəkildə qoruyur
- Rack-mount və masaüstü quraşdırma seçimi ilə hər növ yerləşdirmə mühitinə uyğunlaşır
- Portlar 24 × Gigabit port, 4 × 10G SFP+ port
- Əlavə funksiyalar Ağıllı bulud (Cloud) idarəetməsi, VLAN, Uzaqdan monitorinq
- Şəbəkə performansı 128 Gbps switching capacity, 95.24 Mpps forwarding rate, Store-and-Forward
- Enerji təchizatı 100-240V AC, 50/60Hz (Daxili)
- Korpus Metal korpus
- Quraşdırma 19 düym Rack-mount (şkaf) və ya masaüstü
- Qoruma 4 kV ildırım və gərginlikdən müdafiə
Tez-tez soruşulan suallar
Switch şəbəkədə bir neçə cihazı (kompüter, printer, kamera, access point və s.) bir-biri ilə əlaqələndirən şəbəkə avadanlığıdır. Lokal şəbəkədə daha çox cihazın kabel vasitəsilə qoşulmasına imkan verir.
Switch internet sürətini artırmır, lakin şəbəkədə məlumatın daha səmərəli ötürülməsinə kömək edir. Gigabit və ya daha yüksək sürətli switch istifadə etdikdə lokal şəbəkədə cihazlar arasında məlumat ötürülməsi daha sürətli və stabil olur.
İdarə olunmayan switch “qoş və istifadə et” prinsipi ilə işləyir — heç bir konfiqurasiya tələb etmir və sadə şəbəkələr üçün idealdır. İdarə olunan switch isə VLAN, QoS, port idarəetməsi və təhlükəsizlik funksiyaları kimi əlavə imkanlar təqdim edir və daha böyük və kompleks şəbəkələr üçün uyğundur.
Port sürəti switch üzərindən məlumatın nə qədər sürətlə ötürülə biləcəyini göstərir. 10/100Mbps portlar sadə şəbəkələr üçün uyğundur. 1Gbps (Gigabit) portlar ofis və kamera sistemləri üçün daha geniş istifadə olunur. 10Gbps portlar isə server infrastrukturu və yüksək trafikli şəbəkələr üçün nəzərdə tutulub.
Switch tipli məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.