TP-Link TL-MR3040 Portable Battery 3G/4G Router

  • Wi-Fi 4 standartı ilə 2.4 GHz tezliyində 150 Mbps-ə qədər sürətli bağlantı təmin edir
  • 2000mAh daxili batareyası ilə kənar enerji mənbəyi olmadan mobil internet imkanı yaradır
  • USB 2.0 portu vasitəsilə 3G/4G modemləri qoşaraq interneti simsiz paylaşmağı dəstəkləyir
  • 3G/4G Router, AP və WISP rejimləri ilə müxtəlif istifadə ssenarilərinə çevik uyğunlaşır
  • 10/100 Mbps WAN/LAN portu ilə həm simli, həm də simsiz şəbəkəyə qoşulma imkanı verir
  • Micro USB portu və 5VDC gərginliyi ilə asan enerji yığma və stabil iş rejimi təqdim edir
102,18 
Zəmanət
Datasheet yüklə
  • Sürət 150 Mbps (2.4 GHz)
  • Portlar 1x 10/100 Mbps WAN/LAN, 1x USB 2.0 (3G/4G Modem üçün), 1x Micro USB (Enerji üçün)
  • Batareya 2000mAh Daxili Batareya
  • Standart Wi-Fi 4 (802.11n)
  • Rejimlər 3G/4G Router, Travel Router (AP), WISP Client Router
  • Ölçülər 100 x 62 x 16 mm
  • Enerji 5VDC / 1.0A

Tez-tez soruşulan suallar

4G/LTE router SIM kart vəya 3G/4G USB Modem (Datakart) vasitəsilə mobil şəbəkədən internet alaraq onu Wi-Fi və ya kabel vasitəsilə digər cihazlara paylayan şəbəkə avadanlığıdır. Bu tip routerlər xüsusilə şəbəkə infrastrukturu qurulmayan, kabelləşmə olmayan məkanlar üçün ideal seçimdir.
Xeyr, bəzi 4G router modellərində SIM kart üçün ayrıca slot olur və mobil internet birbaşa router vasitəsilə istifadə edilir. Bəzi modellər isə USB modem (sadə dildə desək provayderlərin satdığı datakart) vasitəsilə işləyir — bu halda routerə uyğun 3G/4G USB modem qoşularaq mobil internet paylaşılır.
Bəzi portativ 4G router modelləri USB vasitəsilə ötürülən enerji ilə işləyə bilir. Bu halda routeri powerbank, noutbukun USB portu və ya telefon adapteri vasitəsilə qidalandırmaq mümkündür. Bu cəhətdən xüsusilə səfərlər zamanı və mobil istifadə üçün əlverişlidir.
Bu, router modelindən və onun texniki xüsusiyyətlərindən asılıdır. Standart 4G routerlər adətən bir neçə cihazın eyni anda internetə qoşulmasını dəstəkləyir. Daha güclü modellər isə daha çox istifadəçi üçün optimallaşdırılıb.
4G/LTE router məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım