
TP-Link
TL-SF1016 | 16-Port Rackmount MB Switch
- Portlar 16x 10/100 Mbps RJ45 Ports
- Sürət 3.2 Gbps Switching Capacity
- Dizayn 19-inch Rackmount Steel Case
- Texnologiya Green Ethernet
- Enerji 100-240VAC
Tez-tez soruşulan suallar
Switch şəbəkədə bir neçə cihazı (kompüter, printer, kamera, access point və s.) bir-biri ilə əlaqələndirən şəbəkə avadanlığıdır. Lokal şəbəkədə daha çox cihazın kabel vasitəsilə qoşulmasına imkan verir.
Switch internet sürətini artırmır, lakin şəbəkədə məlumatın daha səmərəli ötürülməsinə kömək edir. Gigabit və ya daha yüksək sürətli switch istifadə etdikdə lokal şəbəkədə cihazlar arasında məlumat ötürülməsi daha sürətli və stabil olur.
İdarə olunmayan switch “qoş və istifadə et” prinsipi ilə işləyir — heç bir konfiqurasiya tələb etmir və sadə şəbəkələr üçün idealdır. İdarə olunan switch isə VLAN, QoS, port idarəetməsi və təhlükəsizlik funksiyaları kimi əlavə imkanlar təqdim edir və daha böyük və kompleks şəbəkələr üçün uyğundur.
Port sürəti switch üzərindən məlumatın nə qədər sürətlə ötürülə biləcəyini göstərir. 10/100Mbps portlar sadə şəbəkələr üçün uyğundur. 1Gbps (Gigabit) portlar ofis və kamera sistemləri üçün daha geniş istifadə olunur. 10Gbps portlar isə server infrastrukturu və yüksək trafikli şəbəkələr üçün nəzərdə tutulub.
Switch tipli məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.



