TP-Link TL-WA3001 | Gigabit Wi-Fi 6 Access Point

  • Dual Band AX3000 ilə 2.4 GHz-də 574 Mbps, 5 GHz-də 2402 Mbps sürət təmin edir
  • 4 yüksək performanslı xarici anten və Beamforming ilə stabil simsiz əlaqə yaradır
  • MU-MIMO texnologiyası ilə çoxsaylı cihaza eyni anda yüksək sürətli bağlantı verir
  • Access Point, Range Extender, Client və Multi-SSID rejimləri ilə çevik quraşdırma imkanı təqdim edir
  • WPA3 və WPA/WPA2-Enterprise dəstəyi ilə şəbəkəyə yüksək səviyyəli təhlükəsizlik təmin edir
  • Veb interfeys və mobil tətbiq vasitəsilə rahat və sürətli konfiqurasiya imkanı verir
189 
Zəmanət
Datasheet yüklə
  • İnterfeys 1 × Gigabit Ethernet port, Passive PoE dəstəyi
  • Enerji təchizatı 48 V/0.5 A Passive PoE və adapter (paketdə PoE injector)
  • Ölçülər 240 × 165 × 43.6 mm
  • Antenlər 4 × sabit yüksək performanslı xarici anten
  • Simsiz standartlar IEEE 802.11b/g/n/ax (2.4 GHz) və IEEE 802.11a/n/ac/ax (5 GHz)
  • Tezlik Dual Band (2.4 GHz & 5 GHz)
  • Sürət 2.4 GHz – up to 574 Mbps, 5 GHz – up to 2402 Mbps (ümumi AX3000)
  • Simsiz funksiyalar MU‑MIMO, Beamforming, WMM, Access Control
  • Əlavə rejimlər Access Point, Range Extender, Client, Multi‑SSID
  • Təhlükəsizlik WPA, WPA2, WPA3 və WPA/WPA2‑Enterprise şifrələmə
  • İdarəetmə Veb interfeys və mobile app ilə asan konfiqurasiya və idarəetmə
  • Sertifikatlar FCC, RoHS

Tez-tez soruşulan suallar

Indoor access point-lər qapalı mühitlər — ofis, məktəb, otel üçün nəzərdə tutulub. Outdoor access point-lər isə IP qoruma dərəcəsi sayəsində çöl şəraitinə davamlıdır. Wall Plate access point divara rozet kimi quraşdırılır — WiFi əhatəsi ilə yanaşı kabel portu da təmin edir, hər otağa ayrıca nöqtə lazım olan yerlərdə idealdir.
Adi access point hər tərəfə bərabər siqnal yayır — geniş əhatə, məhdud məsafə. CPE isə güclü istiqamətli antena ilə siqnalı dar bir istiqamətə uzaq məsafəyə göndərir — iki bina arasında kabel çəkmək mümkün olmadıqda simsiz körpü qurmaq üçün istifadə olunur. Bridge kit bu məqsəd üçün lazım olan CPE avadanlıqlarını bir yerdə — komplekt şəklində təqdim edir.
WiFi 5 adi ev və kiçik ofis istifadəsi üçün kifayətdir. WiFi 6 eyni vaxtda çox sayda cihaza xidmət göstərir, sıx mühitlər — otel, ofis, məktəb üçün tövsiyə olunur. WiFi 7 ən yüksək sürət və ən aşağı gecikmə tələb olunan mühitlər üçündür. Düzgün seçim üçün cihaz sayı və istifadə ssenarisi əsas götürülür.
Bəli, TP-Link access point-lərimiz Omada Controller vasitəsilə — həm hardware, həm də software olaraq — mərkəzləşdirilmiş idarəetməni dəstəkləyir. Bu, böyük şəbəkələrdə bütün access point-ləri tək paneldən idarə etməyə imkan verir.
Bəli, əksər modellərimiz PoE dəstəklidir — ayrıca güc adaptoru lazım olmur, şəbəkə kabeli həm məlumat, həm də enerji ötürür. PoE dəstəyi hər məhsulun texniki parametrlərində qeyd olunur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün "Məsləhət al" düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlayın.
TP-Link access point məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım