TP-Link Deco X10 (3 Pack) | Wi-Fi 6 Mesh Sistem
- 3-lü dəst ilə evin hər yerində güclü və kəsintisiz Wi-Fi şəbəkəsi yaradır
- AX1500 sürəti ilə 2.4GHz-də 300 Mbps, 5GHz-də 1201 Mbps ötürücülük təmin edir
- 802.11k/v/r Mesh protokolu ilə cihazlar arasında sürətli keçid mümkündür
- WPA3, WPA2-PSK və SPI Firewall ilə şəbəkə təhlükəsizliyi yüksək səviyyədə qorunur
- Hər vahiddəki 2 Gigabit port WAN/LAN avtosezim ilə çevik bağlantı imkanı verir
- Router və Access Point rejimləri ilə müxtəlif şəbəkə mühitlərində rahat işləyir
- Wi-Fi Standartı IEEE 802.11a/n/ac/ax 5GHz, IEEE 802.11b/g/n 2.4GHz
- Mesh Protokolu 802.11 k/v/r
- Tezlik 2.4GHz və 5GHz Dual-Band
- Sürət 300 Mbps (2.4GHz) + 1201 Mbps (5GHz) = AX1500
- Ethernet Port Hər Deco vahidində 2 Gigabit port (WAN/LAN avtosezim)
- Antena 2 daxili antena
- Düymə Altındakı 1 RESET düyməsi
- İş rejimi Router, Giriş Nöqtəsi (Access Point)
- Təhlükəsizlik WPA/WPA2-PSK/WPA3 şifrələmə, SPI Firewall
- Güc adapteri girişi 100-240V ~ 50-60Hz 0.6A
- Güc adapteri çıxışı 12V 1A (Maks. 11.5 W)
- Ölçülər (En × Dərinlik × Hündürlük) 110 × 110 × 114 mm
Tez-tez soruşulan suallar
Mesh Wi-Fi sistemi bir neçə cihazın birlikdə işləyərək vahid və stabil simsiz şəbəkə yaratdığı texnologiyadır. Bu sistem böyük ev və ofislərdə Wi-Fi əhatəsini genişləndirmək və siqnalın zəiflədiyi zonaları aradan qaldırmaq üçün istifadə olunur.
Adi Wi-Fi router interneti tək cihaz vasitəsilə yayır. Bu halda böyük məkanlarda siqnal zəifləyir. Mesh sistem isə bir neçə cihazdan ibarət olur və vahid şəbəkə yaradaraq bütün ərazi boyunca daha stabil və geniş Wi-Fi əhatəsi təmin edir.
Mesh sistemlər adətən 2 və ya 3 əsas qurğudan ibarət paket şəklində satılır. Ehtiyac olduqda mesh unit qurğusu alıb əlavə edərək Wi-Fi əhatəsini daha da genişləndirmək mümkündür.
Mesh sistemin əhatə sahəsi istifadə olunan modeldən və komponent sayından asılıdır. Adətən 2-3 komponentli mesh sistemlər böyük ev və ofislərdə geniş və stabil Wi-Fi əhatəsi təmin edə bilir. Lakin burada divar qalınlığı, arakəsmələrin sayı kimi detallar nəzərə alınmalıdır.
Mesh sistemlərdə bütün cihazlar eyni Wi-Fi adı altında işləyir və telefon, planşet və ya kompüter otaqlar arasında hərəkət edərkən avtomatik olaraq ən güclü siqnal olan qurğuya qoşulur.
Mesh sistemlərinə 1 il rəsmi distribütor zəmanəti verilir.