Syble XB-D66T | 2D Naqilsiz Barkod Skaner

  • 2.4G və Bluetooth ilə 100 m-ə qədər stabil naqilsiz bağlantı
  • USB base (charger box) ilə rahat qoşulma və eyni zamanda şarj imkanı
  • 1D və 2D barkodları, QR və ödəniş kodlarını sürətli oxuma
  • Offline yaddaş və inventory rejimi ilə məlumatların saxlanması
  • 2200 mAh batareya ilə uzun müddətli fasiləsiz istifadə
  • Plug & Play ilə asan quraşdırma və POS uyğunluğu
  • Möhkəm korpus və 1.5 m düşməyə davamlı dizayn
90 95 
Zəmanət
Datasheet yüklə
  • Sensor CMOS imaging
  • Resolution 640 × 480
  • Oxuma məsafəsi 3 cm – 35 cm
  • İşıq mənbəyi Red LED + White LED
  • Skan bucağı 360° rotation, ±65° tilt
  • Kontrast ≥20%
  • İnterfeys USB-HID, USB-COM
  • Simsiz əlaqə 2.4G + Bluetooth (dual mode)
  • Simsiz məsafə 100 metr (açıq sahə)
  • Batareya 2200 mAh lithium
  • İş vaxtı təxminən 7 saat
  • Yaddaş 200K simvol (offline storage)
  • Gərginlik DC 5V ±5%
  • İş temperaturu -20°C ~ +50°C

Tez-tez soruşulan suallar

Barkod skaner məhsul üzərindəki barkodu oxuyaraq məlumatı POS sistemi və ya kompüterə ötürən cihazdır. Bu cihazlar mağaza, supermarket, anbar, logistika mərkəzləri, aptek və satış nöqtələrində məhsul qeydiyyatı, satış əməliyyatları və inventar idarəetməsi üçün geniş istifadə olunur.
1D skaner yalnız klassik xəttli barkodları (EAN, UPC və s.) oxuyur. 2D skaner isə həm 1D barkodları, həm də QR Code və DataMatrix kimi ikiölçülü kodları oxuya bilir və daha çox məlumat daşıyan barkodları dəstəkləyir.
Naqilli skanerlər USB və ya digər kabel vasitəsilə kompüterə qoşulur və stabil işləyir. Naqilsiz modellər isə Bluetooth və ya radio siqnal vasitəsilə işləyir və istifadəçiyə daha sərbəst hərəkət imkanı yaradır.
Əl tipi skanerlər istifadəçi tərəfindən tutulub barkodu oxumaq üçün istifadə olunur və ən çox satış nöqtələrində istifadə edilir. Masaüstü skanerlər isə sabit yerləşdirilir və məhsul barkodu cihazın qarşısından keçirildikdə avtomatik olaraq oxunur.
Barkod skaner cihazlarına 1 il rəsmi distribütor zəmanəti verilir.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım