Imou
Cube PoE (IPC-K22AP-imou) | 2 MP Səsli Wi-Fi Kamera
Технические параметры данного продукта не указаны.
Часто задаваемые вопросы
Bəli, kameralarımız gecə görüntüsü funksiyasını dəstəkləyir. Əksər modellər IR (infraqırmızı) texnologiyası vasitəsilə tam qaranlıqda belə aydın görüntü təqdim edir. Bəzi modellərdə isə əlavə olaraq ağ işıq (white light) mövcuddur və bu sayədə gecə vaxtı rəngli görüntü əldə etmək mümkündür. Gecə görüntü məsafəsi modeldən asılı olaraq təxminən 20 metrdən 80 metrə qədər dəyişir.
Saytımızdakı outdoor (çöl tipli) kameralar minimum IP66 dərəcəsinə malikdir — yağış, toz və temperatur dəyişikliklərinə davamlıdır. Hər məhsulun səhifəsində IP dərəcəsi qeyd olunur.
Wi-Fi kameralar routerə simsiz qoşularaq işləyir və görüntünü mobil tətbiq vasitəsilə telefon və ya planşetdən izləməyə imkan verir. Beləliklə, harada olmağınızdan asılı olmayaraq, kamera internetə qoşulu olduqda canlı görüntünü uzaqdan izləmək və bildirişlər almaq mümkündür.
Bəli, Wi-Fi kamera internet olmadan da işləyə bilər. Kamera görüntüləri yaddaş kartına qeyd edir. Lakin internet bağlantısı olmadıqda kameraya telefondan qoşulmaq və canlı görüntünü uzaqdan izləmək mümkün olmur.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən bizimlə əlaqə saxlayın.
Bütün kamera modellərimizə 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə gətirməklə dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq olar.