UPS nədir?
UPS (Uninterruptible Power Supply) elektrik kəsilməsi zamanı qoşulu cihazları müəyyən müddət ərzində enerji ilə təmin edən qurğudur. Elektrik şəbəkəsində yaranan qəfil kəsilmə, gərginlik düşməsi və ya dalğalanma hallarında UPS cihazları avadanlıqları qoruyur və iş prosesinin dayanmasının qarşısını alır.
Xüsusilə ofis, ticarət və istehsal mühitində elektrik sabitliyi vacibdir. Qəfil sönmə həm məlumat itkisinə, həm də avadanlığın zədələnməsinə səbəb ola bilər. Bu baxımdan düzgün UPS seçimi olduqca önəmlidir.
UPS hansı cihazlar üçün istifadə olunur?
UPS avadanlığı fərqli sahələrdə istifadə olunur. Elektrik kəsintisinin problem yarada biləcəyi bütün mühitlərdə UPS həll yolu hesab edilir.
Ofis və iş mühiti
- Kompüterlər
- Server və şəbəkə avadanlıqları
- Modem və router
- Müxtəlif ofis texnikası
Kompüterin qəfil sönməsi məlumat itkisinə və sistem xətalarına səbəb ola bilər. UPS istifadə etməklə işlərin təhlükəsiz şəkildə bağlanması üçün vaxt qazanılır.
Reklam və çap sahəsi
- Reklam çap aparatları
- Geniş formatlı printerlər
- İstehsal tipli çap sistemləri
Reklam və çap avadanlıqları adətən yüksək güc sərf edir və proses yarımçıq qaldıqda ciddi maddi zərər yarana bilər. Bu səbəbdən uyğun gücə malik UPS seçilməsi vacibdir.
Ticarət və satış obyektləri
- Kassa aparatları
- POS sistemlər
- Satış və anbar proqramları üçün kompüterlər
Elektrik kəsintisi satış prosesini dayandıra və əməliyyatlarda problemlər yarada bilər. UPS sistemləri bu riskləri minimuma endirir.
Təhlükəsizlik sistemləri
- IP kamera və müşahidə sistemləri
- NVR və DVR qurğuları
- Switch və şəbəkə avadanlıqları
- Domofon sistemləri
Elektrik kəsildiyi zaman təhlükəsizlik sistemlərinin işləməsi davam etməlidir. UPS bu baxımdan mühüm rol oynayır.
UPS seçərkən nələrə diqqət etmək lazımdır?
UPS seçimi yalnız qiymətə görə edilməməlidir. Aşağıdakı amillər nəzərə alınmalıdır:
- Qoşulacaq cihazların ümumi gücü (Watt)
- UPS-in gücü (VA və ya kVA)
- Batareya tutumu və sayı
- Neçə dəqiqə və ya saat işləməsi tələbi
- İstifadə mühiti (ev, ofis, istehsal və s.)
Bir çox istifadəçi yalnız VA göstəricisinə diqqət yetirir. Lakin UPS-in neçə saat işləyəcəyi əsasən batareya tutumundan və qoşulan yükdən asılıdır.
“Bu UPS neçə saat saxlayır?”
Bu, müştərilərin bizə ən çox ünvanladığı suallardan biridir. Lakin bu sual konkret şərtlər göstərilmədən cavablandırıla bilməz. UPS-in işləmə müddəti birbaşa qoşulan yükə və batareya konfiqurasiyasına bağlıdır.
Bu müddətə təsir edən əsas amillər bunlardır:
-
Batareyanın volt və amper-saat (Ah) göstəricisi
-
Batareya sayı
-
Qoşulan cihazların real güc sərfi (Watt)
Məsələn, eyni seriyada olan 700VA və 1000VA modellərdə eyni tutumlu və eyni sayda batareya istifadə olunursa, eyni yük altında işləmə müddəti fərq göstərməyə bilər. Bu səbəbdən yalnız VA göstəricisinə əsaslanaraq seçim etmək düzgün deyil. UPS-in növü və çıxış dalğası da işləmə sabitliyinə təsir edə bilər. Online, offline və line-interactive modellər arasındakı fərqləri digər məqaləmizdə daha ətraflı izah etmişik.
Nəticə
UPS elektrik kəsintisi zamanı avadanlıqları qoruyan və iş prosesinin davamlılığını təmin edən vacib qurğudur. Ofis, reklam və çap sahəsi, ticarət obyektləri və təhlükəsizlik sistemləri üçün düzgün seçilmiş UPS həm maddi zərərin, həm də məlumat itkisinın qarşısını alır.
UPS seçərkən yalnız güc göstəricisinə deyil, batareya tutumuna və real enerji tələbatına da diqqət yetirmək vacibdir.