
Reyee
RG-M18 AX1800 Wi-Fi 6 Mesh System
- Simsiz sürət AX1800 standartı ilə 1800 Mbps ötürmə
- Portlar 1x Gigabit WAN və 2x Gigabit LAN interfeysləri
- Anten sistemi 4 ədəd daxili yüksək qazanclı omni-antenlar
- Qabaqcıl texnologiya Wi-Fi 6 (802.11ax) və MU-MIMO/OFDMA dəstəyi
- Mesh sistemi Bütün evdə vahid SSID ilə kəsintisiz simsiz zona
- Təhlükəsizlik WPA3 müasir şifrələmə protokolu ilə tam mühafizə
- Smart home 100-dən çox IoT cihazın eyni vaxtda stabil qoşulması
- Quraşdırma Bir toxunuşla App vasitəsilə sürətli başlama
Tez-tez soruşulan suallar
Mesh Wi-Fi sistemi bir neçə cihazın birlikdə işləyərək vahid və stabil simsiz şəbəkə yaratdığı texnologiyadır. Bu sistem böyük ev və ofislərdə Wi-Fi əhatəsini genişləndirmək və siqnalın zəiflədiyi zonaları aradan qaldırmaq üçün istifadə olunur.
Adi Wi-Fi router interneti tək cihaz vasitəsilə yayır. Bu halda böyük məkanlarda siqnal zəifləyir. Mesh sistem isə bir neçə cihazdan ibarət olur və vahid şəbəkə yaradaraq bütün ərazi boyunca daha stabil və geniş Wi-Fi əhatəsi təmin edir.
Mesh sistemlər adətən 2 və ya 3 əsas qurğudan ibarət paket şəklində satılır. Ehtiyac olduqda mesh unit qurğusu alıb əlavə edərək Wi-Fi əhatəsini daha da genişləndirmək mümkündür.
Mesh sistemin əhatə sahəsi istifadə olunan modeldən və komponent sayından asılıdır. Adətən 2-3 komponentli mesh sistemlər böyük ev və ofislərdə geniş və stabil Wi-Fi əhatəsi təmin edə bilir. Lakin burada divar qalınlığı, arakəsmələrin sayı kimi detallar nəzərə alınmalıdır.
Mesh sistemlərdə bütün cihazlar eyni Wi-Fi adı altında işləyir və telefon, planşet və ya kompüter otaqlar arasında hərəkət edərkən avtomatik olaraq ən güclü siqnal olan qurğuya qoşulur.
Mesh sistemlərinə 1 il rəsmi distribütor zəmanəti verilir.



