Dahua DH-XVR1B08-I/T | 8 Kanal XVR (İkitərəfli Səs Dəstəyi)
- 8 kanal analoq (HDCVI/AHD/TVI/CVBS) və 10 kanala qədər IP dəstəyi
- Süni intellekt (AI) dəstəyi və SMD Plus texnologiyası
- Smart H.265+ videonun sıxılma formatı
- 1080p (2 MP) maksimum qeydiyyat keyfiyyəti
- 1 ədəd 6 TB-a qədər SATA HDD portu
- Mobil tətbiq və veb interfeys üzərindən uzaqdan izləmə və nəzarət
- Koaksial kabel vasitəsilə ikitərəfli səs (Two-way talk) ötürülməsi
- Video sıxılma formatı AI Coding, Smart H.265+, H.265
- Maksimal görüntü keyfiyyəti 1080p (2 meqapiksel) və IP üzrə 6 MP
- Analog video giriş 8 kanal BNC
- Audio giriş və çıxış 1 kanal RCA giriş, 1 kanal RCA çıxış
- Sərt disk (HDD) 1 ədəd SATA port, 6 TB-a qədər
- Şəbəkə interfeysi 1 x RJ-45 (10/100 Mbps)
- USB interfeysi 2 x USB 2.0 (arxada)
- Video çıxışlar 1 HDMI, 1 VGA (1920×1080)
- Ağıllı funksiyalar SMD Plus (İnsan və avtomobilin tanınması)
- Qidalanma 12V DC, 1.5 A
- Enerji sərfiyyatı Max 7 W (HDD olmadan)
- Çəki 0.57 kq
- Ölçülər 197.0 x 204.3 x 41.5 mm
- İşləmə temperaturu -10 °C ~ +45 °C
Tez-tez soruşulan suallar
XVR (eXtended Video Recorder) həm analoq, həm də IP kameralarla işləyə bilən video qeyd cihazıdır. Bu xüsusiyyət sayəsində mövcud analoq kamera sistemini dəyişmədən istifadə etmək və eyni zamanda tədricən IP kameralara keçid etmək mümkündür.
Bu, kameranın dəstəklədiyi video ötürmə protokolunun XVR cihazının dəstəklədiyi protokolla uyğun olub-olmamasından asılıdır. Əgər kamera və XVR cihazı eyni protokolu dəstəkləyirsə, kamera sistemə problemsiz qoşula bilər. Dəqiq uyğunluğu müəyyən etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, XVR cihazları hibrid işləmə imkanına malikdir. Bu səbəbdən bəzi kanallarda analoq, bəzi kanallarda isə IP kameralar istifadə etmək mümkündür. Maksimum IP kanal sayı modeldən asılı olaraq dəyişir və texniki xüsusiyyətlər bölməsində qeyd olunur.
Bəli, bütün XVR modellərimiz uzaqdan izləmə funksiyasını dəstəkləyir. Cihaz internetə qoşulduqdan sonra mobil tətbiq və ya kompüter vasitəsilə istənilən yerdən görüntülərə baxmaq mümkündür.
Bu, kamera sayı, görüntü keyfiyyəti və arxiv saxlanma müddətindən asılıdır. Daha dəqiq hesablama üçün saytımızdakı HDD Hesablama modulundan istifadə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
XVR tipli videomüşahidə məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə təqdim edərək dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq mümkündür.