Dahua DH-XVR1B08H-I/T | 8 Kanal XVR (İkitərəfli Səs Dəstəyi)

  • 8 kanal analoq kamera (HDCVI/AHD/TVI/CVBS/IP) dəstəyi
  • Maksimum 5 MP görüntü keyfiyyətində video qeydiyyat
  • Ağıllı alqoritmli SMD Plus texnologiyası (insan və nəqliyyat vasitələrini tanıma)
  • Smart H.265+ və AI Coding vasitəsilə yüksək yaddaş optimizasiyası
  • 1 ədəd 16 TB-dək yaddaşı dəstəkləyən SATA HDD portu
  • Koaksial kabel üzərindən ikitərəfli səs (Two-way talk) bağlantısı
  • Wi-Fi və əlavə IP kameralarla genişləndirilə bilən arxitektura
198 
Zəmanət
Datasheet yüklə
  • Analog kanal sayı 8 Kanal (HDCVI/AHD/TVI/CVBS)
  • IP kanal sayı 12 Kanala qədər
  • Maksimum Meqapiksel 5 MP
  • Video sıxılma AI Coding / Smart H.265+
  • Görüntü çıxışı 1 HDMI, 1 VGA
  • Səs interfeysi 1 RCA giriş, 1 RCA çıxış
  • Sərt disk (HDD) 1 SATA portu (16 TB-dək)
  • Şəbəkə portu 1 ədəd RJ-45 LAN (10/100 Mbps)
  • USB portları 2 x USB 2.0 (arxa panel)
  • Qidalanma 12 VDC, 1.5 A
  • İşləmə temperaturu -10 °C-dən +45 °C-dək
  • Çəki 0.59 kq
  • Ölçülər 197.0 x 204.3 x 41.5 mm

Tez-tez soruşulan suallar

XVR (eXtended Video Recorder) həm analoq, həm də IP kameralarla işləyə bilən video qeyd cihazıdır. Bu xüsusiyyət sayəsində mövcud analoq kamera sistemini dəyişmədən istifadə etmək və eyni zamanda tədricən IP kameralara keçid etmək mümkündür.
Bu, kameranın dəstəklədiyi video ötürmə protokolunun XVR cihazının dəstəklədiyi protokolla uyğun olub-olmamasından asılıdır. Əgər kamera və XVR cihazı eyni protokolu dəstəkləyirsə, kamera sistemə problemsiz qoşula bilər. Dəqiq uyğunluğu müəyyən etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, XVR cihazları hibrid işləmə imkanına malikdir. Bu səbəbdən bəzi kanallarda analoq, bəzi kanallarda isə IP kameralar istifadə etmək mümkündür. Maksimum IP kanal sayı modeldən asılı olaraq dəyişir və texniki xüsusiyyətlər bölməsində qeyd olunur.
Bəli, bütün XVR modellərimiz uzaqdan izləmə funksiyasını dəstəkləyir. Cihaz internetə qoşulduqdan sonra mobil tətbiq və ya kompüter vasitəsilə istənilən yerdən görüntülərə baxmaq mümkündür.
Bu, kamera sayı, görüntü keyfiyyəti və arxiv saxlanma müddətindən asılıdır. Daha dəqiq hesablama üçün saytımızdakı HDD Hesablama modulundan istifadə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
XVR tipli videomüşahidə məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə təqdim edərək dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq mümkündür.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım