UNV XVR301-08G3 | 8 Kanal XVR

  • 8 kanal sayəsində müxtəlif əraziləri eyni anda rahatlıqla nəzarətdə saxlamaq olar
  • 5 MP Lite dəstəyi ilə görüntülərin daha detallı və keyfiyyətli olmasına imkan yaradır
  • 16 TB-a qədər HDD dəstəyi sayəsində videoları uzun müddət arxivdə saxlaya bilərsiniz
  • H.265 sıxılma formatı həm diskdə yerə qənaət edir, həm də ötürməni sürətləndirir
  • Motion Detection 2.0 ilə insan və avtomobilləri seçərək yalnış həyəcanları azaldır
  • Koaksial audio dəstəyi ilə əlavə kabel çəkmədən səsli qeydlər aparmaq mümkündür
107 114,50 
Zəmanət
Datasheet yüklə
  • Kanal sayı 4
  • Meqapiksel 2 MP (5 MP Lite @ 12 fps dəstəyi)
  • HDD sayı 1
  • Maksimum HDD həcmi 16 TB
  • Video çıxış HDMI (1920 × 1080) və VGA (1920 × 1080)
  • Sıxılma H.265/H.264
  • Giriş bant genişliyi 16 Mbps (analog kanallar konvertasiya sonrası 24 Mbps-ə qədər)
  • Çıxış bant genişliyi 48 Mbps
  • Encoding qabiliyyəti 5MP Lite/1080P Lite/720P/CIF @ 6–12 fps
  • Motion Detection 2.0 insan/avtomobil təsnifatı
  • Audio koaksial kabel üzərindən, 1‑ch RCA çıxış
  • Şəbəkə interfeysi RJ‑45 10/100 Mbps
  • USB port 2 × USB 2.0
  • İş temperaturu ‑10 °C ~ +55 °C
  • Qidalanma 12 V DC, ≤ 8 W (HDD olmadan)
  • Ölçülər 260 × 226 × 47 mm
  • Çəki ≤ 0.9 kg (HDD olmadan)

Tez-tez soruşulan suallar

XVR (eXtended Video Recorder) həm analoq, həm də IP kameralarla işləyə bilən video qeyd cihazıdır. Bu xüsusiyyət sayəsində mövcud analoq kamera sistemini dəyişmədən istifadə etmək və eyni zamanda tədricən IP kameralara keçid etmək mümkündür.
Bu, kameranın dəstəklədiyi video ötürmə protokolunun XVR cihazının dəstəklədiyi protokolla uyğun olub-olmamasından asılıdır. Əgər kamera və XVR cihazı eyni protokolu dəstəkləyirsə, kamera sistemə problemsiz qoşula bilər. Dəqiq uyğunluğu müəyyən etmək üçün bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, XVR cihazları hibrid işləmə imkanına malikdir. Bu səbəbdən bəzi kanallarda analoq, bəzi kanallarda isə IP kameralar istifadə etmək mümkündür. Maksimum IP kanal sayı modeldən asılı olaraq dəyişir və texniki xüsusiyyətlər bölməsində qeyd olunur.
Bəli, bütün XVR modellərimiz uzaqdan izləmə funksiyasını dəstəkləyir. Cihaz internetə qoşulduqdan sonra mobil tətbiq və ya kompüter vasitəsilə istənilən yerdən görüntülərə baxmaq mümkündür.
Bu, kamera sayı, görüntü keyfiyyəti və arxiv saxlanma müddətindən asılıdır. Daha dəqiq hesablama üçün saytımızdakı HDD Hesablama modulundan istifadə edə və ya bizimlə əlaqə saxlaya bilərsiniz.
Bəli, Bakı daxilində peşəkar quraşdırma və konfiqurasiya xidməti təklif edirik. Ətraflı məlumat üçün Məsləhət al düyməsindən və ya birbaşa əlaqə nömrəmiz vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
XVR tipli videomüşahidə məhsullarımıza 1 il rəsmi distribütor zəmanəti verilir.
Zəmanət dövrü ərzində hər hansı nasazlıq yaranarsa, bizimlə əlaqə saxlayın. Quraşdırma xidmətimizdən istifadə etmiş müştərilərimizə yerində texniki dəstək göstəririk. Digər hallarda məhsulu servis mərkəzimizə təqdim edərək dəyişdirmə və ya təmir xidmətindən yararlanmaq mümkündür.
Əsas Məhsullar Səbət HDD Hesablama Hesabım