TP-Link Deco X55 AI Mesh Wi-Fi 6 System (1-Pack)
- Wi-Fi 6 standartı və AX3000 ilə sürətli və stabil simsiz şəbəkə bağlantısı yaradır
- Hər cihazda 3 Gigabit port ilə sürətli və stabil kabel bağlantısı imkanı verir
- AI-Driven Mesh texnologiyası ilə kəsintisiz və ağıllı şəbəkə idarəsini asanlaşdırır
- 2 daxili anten, HE160 və Beamforming ilə geniş və güclü Wi-Fi əhatəsi təmin edir
- HomeShield dəstəyi ilə kiber təhdidlərə qarşı şəbəkə təhlükəsizliyini artırır
- Seamless Roaming ilə hərəkət zamanı stabil və fasiləsiz Wi-Fi şəbəkəsi təqdim edir
- Скорость AX3000 (2402 Mbps 5GHz + 574 Mbps 2.4GHz)
- Порты 3x Gigabit WAN/LAN Port
- Антенны 2x Daxili Anten
- Стандарт Wi-Fi 6 (802.11ax)
- Технологии AI-Driven Mesh, HE160, Beamforming
- Функции HomeShield, Seamless Roaming
- Энергия 12 В/1 А
Часто задаваемые вопросы
Mesh Wi-Fi sistemi bir neçə cihazın birlikdə işləyərək vahid və stabil simsiz şəbəkə yaratdığı texnologiyadır. Bu sistem böyük ev və ofislərdə Wi-Fi əhatəsini genişləndirmək və siqnalın zəiflədiyi zonaları aradan qaldırmaq üçün istifadə olunur.
Adi Wi-Fi router interneti tək cihaz vasitəsilə yayır. Bu halda böyük məkanlarda siqnal zəifləyir. Mesh sistem isə bir neçə cihazdan ibarət olur və vahid şəbəkə yaradaraq bütün ərazi boyunca daha stabil və geniş Wi-Fi əhatəsi təmin edir.
Mesh sistemlər adətən 2 və ya 3 əsas qurğudan ibarət paket şəklində satılır. Ehtiyac olduqda mesh unit qurğusu alıb əlavə edərək Wi-Fi əhatəsini daha da genişləndirmək mümkündür.
Mesh sistemin əhatə sahəsi istifadə olunan modeldən və komponent sayından asılıdır. Adətən 2-3 komponentli mesh sistemlər böyük ev və ofislərdə geniş və stabil Wi-Fi əhatəsi təmin edə bilir. Lakin burada divar qalınlığı, arakəsmələrin sayı kimi detallar nəzərə alınmalıdır.
Mesh sistemlərdə bütün cihazlar eyni Wi-Fi adı altında işləyir və telefon, planşet və ya kompüter otaqlar arasında hərəkət edərkən avtomatik olaraq ən güclü siqnal olan qurğuya qoşulur.
Mesh sistemlərinə 1 il rəsmi distribütor zəmanəti verilir.